Xamenei Trampı sərt tənqid etdi: “Əgər bacarığı varsa, öz xalqını sakitləşdirsin”

İranın ali rəhbəri Ayətullah Əli Xamenei ABŞ prezidenti Donald Trampın İrana qarşı yalan və təxribatçı bəyanatlarına kəskin reaksiya verib.

Olaylar.az xəbər verir ki, Xamenei çıxışında bildirib:

"Bu şəxs özünün vulqar davranışları və İrana qarşı yalanları ilə sionistləri dəstəkləməyə və güclü görünməyə çalışır. Əgər onun doğrudan da bacarığı varsa, müxtəlif ştatlarda ona qarşı etiraz edən milyonlarla amerikalını sakitləşdirməyə çalışsın".

Xamenei əlavə edib ki, Trampın ritorikası beynəlxalq sabitliyə zərbə vurur və ABŞ-ın daxilindəki siyasi xaosu daha da dərinləşdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31