Ermənistan müxalifəti Gümrü merinin həbsini "siyasi repressiya" adlandırıb – ÖZƏL

Ermənistanın Gümrü şəhərinin meri Vardan Qukasyanın həbs edilməsi müxalifət tərəfindən "siyasi qisas" kimi qiymətləndirilib.

Olaylar.az xəbər verir ki, müxalif "Ermənistan" blokundan deputat Anna Qriqoryan Milli Məclisdə jurnalistlərə verdiyi açıqlamada, baş verənləri "siyasi repressiyalar" adlandırıb. O, merin həbsinin arxasında siyasi məqsədlərin dayandığını və Baş nazir Nikol Paşinyanın "seçkilər ərəfəsində vəziyyətə təsir edə biləcək hər kəsi zərərsizləşdirməyə çalışdığını" bildirib.

Qriqoryan xüsusilə Paşinyanın Qukasyanı "siyasi sahədən kənarlaşdıracağı" barədə Milli Məclis tribunasından səsləndirdiyi sözləri xatırladıb.
Müxalifətçi deputat, repressiya dalğasının güclənməsinin xalqın müqavimətini artıracağına inandığını vurğulayıb: "Onlar nəhayət anlamalıdırlar ki, hakimiyyəti güclə saxlamaq mümkün deyil. Paşinyan Saakaşvili və ya Qəddafidən güclü olduğunu düşünməsin. Bu rejimin mütləq sonu gələcək", - deyə Qriqoryan əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31