Kanadalılar ABŞ-da uzun müddət qalmaq üçün barmaq izi verməli olacaqlar - ÖZƏL
14:46 DünyaKanadalılar ABŞ-da 29 gündən artıq qalmaq istədikdə indi barmaq izi prosedurundan keçməlidirlər. Olaylar.az xəbər verir ki, CBC telekanalının məlumatına görə, bu, əvvəllər tələb olunmayan yeni qaydadır. Yeni tələblər xüsusilə hər il qış aylarını ABŞ-ın isti ştatlarında, xüsusilə Floridada keçirən kanadalı təqaüdçülərə təsir edib. Onlar "uçan quşlar" adlanır və adətən soyuq aylarda cənuba köçürlər. CBC-yə danışan bəzi kanadalılar bildiriblər ki, ABŞ sərhədçiləri avtomobillərini diqqətlə yoxladıqdan sonra onlardan barmaq izi götürüb və fotoşəkil çəkiblər. Eyni prosedur hava nəqliyyatından istifadə edənlərə də tətbiq olunur.
ABŞ Gömrük və Sərhəd Nəzarəti Xidməti açıqlayıb ki, bu addım artıq "standart prosedur" hesab olunur və prezident Donald Trampın aprel ayında imzaladığı sərhəd təhlükəsizliyinin gücləndirilməsinə dair fərmanla uyğunlaşdırılıb. Yeni qaydaya əsasən, ABŞ-da uzunmüddətli qalmaq istəyən xarici vətəndaşlar müvafiq sənədləri doldurmalı, barmaq izi verməli və 30 ABŞ dolları məbləğində rüsum ödəməlidirlər.