Aİ ölkələri İsrailə qarşı sanksiyaların tətbiqi ideyası ilə razı deyillər- ÖZƏL
13:35 DünyaOlaylar.az xəbər verir ki, Aİ Xarici İşlər Nazirləri görüşünə qatılan Çexiya XİN rəhbəri Yan Lipavski jurnalistlərin suallarına cavab olaraq bildirib ki, hazırda belə sanksiyaların qəbul edilməsi üçün razılıq mövcud deyil və bu mövqeyi bəzi Aİ üzv ölkələri dəstəkləyir.
Qeyd edək ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen 10 sentyabrda Strasburqda Avropa Parlamentində çıxış edərkən İsraillə əlaqələrin məhdudlaşdırılması, hökumət üzvlərinə qarşı sanksiyaların tətbiqi və Aİ ilə Assosiasiya Sazişinin dayandırılması niyyətində olduqlarını açıqlamışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31