Zelenski Makronla görüşü açıqlayıb - ÖZƏL

Ukrayna Prezidenti Volodimir Zelenski, yaxın zamanda Fransa Prezidenti Emmanuel Makronla görüşəcəyini bildirib. Olaylar.az xəbər verir ki, Zelenski Telegram kanalında yayımladığı açıqlamada Makronla telefon danışığı apardığını qeyd edib. "İndi müharibənin sona çatmasına təkan vermək üçün düzgün zamandır və əsas məsələ bütün imkanlardan tam şəkildə istifadə etməkdir", - deyə o bildirib. Burada Zelenski Rusiya üzərində təzyiq göstərmə imkanlarına istinad edir.
Dövlət başçısı Makronla diplomatiyanın aktual məsələlərini və tərəfdaşlarla son əlaqələri müzakirə etdiklərini qeyd edib. "Yaxın zamanda görüşmək barədə razılığa gəldik", - deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31