Gümrü merinə ağır ittiham – Paşinyanın “səhv” adlandırdığı seçki qalmaqalla nəticələndi – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan parlamentinin müdafiə komissiyasının sədri, hakim fraksiyanın deputatı Andranik Koçaryan Gümrü meri Vardan Qukasyanın saxlanılmasına münasibət bildirib. O qeyd edib ki, mer qanunu pozmamalı idi və baş nazir Nikol Paşinyanın Qukasyanın mer seçilməsi ilə bağlı "səhvin düzəldiləcəyi" barədə bəyanatı hüquq-mühafizə orqanlarının işinə təsir göstərməyib.

Deputatın sözlərinə görə, mer və onun yaxın ətrafı ilə bağlı istintaq hələ bugünkü hadisələrdən əvvəl başlanmışdı.

Xatırladaq ki, Vardan Qukasyan və daha yeddi nəfər rüşvət alma ittihamı ilə saxlanılıb. İstintaq məlumatına görə, mer və meriyanın baş memarı Qaregin Njde küçəsindəki təxminən 1,5 min kvadratmetr sahədə yerləşən qanunsuz tikilinin sökülməməsi üçün sahibkardan təxminən 10 min dollar alıblar. Sputnik Ermənistanın məlumatına əsasən, sözügedən sahibkar "Fabrika" mağazalar şəbəkəsinin sahibi Sevak Qomtsyandır.

Qeyd edək ki, 1 oktyabrda parlamentdə çıxışı zamanı baş nazir Nikol Paşinyan Vardan Qukasyanı mart seçkilərində seçiciləri ələ almaqda ittiham etmiş və onun mer seçilməsini "səhv" adlandıraraq bu vəziyyəti "düzəltmək niyyətində" olduğunu bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31