Rusiya İstintaq Komitəsi: Marqarita Simoniyanın həyatı 50 min dollara “qiymətləndirilib”
11:39 DünyaRusiya İstintaq Komitəsi (İK) Marqarita Simoniyanın qətlinə hazırlıqla bağlı istintaqı yekunlaşdırıb.
Olaylar.az xəbər verir ki, məlumata görə, təqsirləndirilən şəxslər bu cinayətə görə 50 min dollar müqabilində razılaşıblar.
İK-nın açıqlamasında bildirilir ki, Simonyanın öldürülməsi planı əvvəlcədən hazırlanıb, lakin hüquq-mühafizə orqanları əməliyyatın qarşısını vaxtında alıb.
Xatırladaq ki, 2023-cü il iyulun 15-də Moskva məhkəməsi Marqarita Simonyan və jurnalist Ksenya Sobçaka qarşı sui-qəsd işi üzrə altı nəfərin həbsi barədə qərar çıxarmışdı.
Hazırda iş materialları məhkəməyə göndərilib. Təqsirləndirilən şəxslər cinayəti törətmək niyyətini etiraf etsələr də, əməliyyatın sifarişçisinin kimliyi hələ açıqlanmayıb. (Musavat.com)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31