Luvr muzeyi oğurluqdan sonra bu gün qismən ziyarətçilərin üzünə açılır - ÖZƏL
11:33 DünyaDünyanın ən məşhur muzeylərindən biri olan Luvr bu gün - oktyabrın 20-də oğurluq hadisəsindən sonra qismən fəaliyyətini bərpa edir. Olaylar.az xəbər verir ki, bu barədə BFMTV telekanalı muzeyin mətbuat xidmətinə istinadən məlumat yayıb. Məlumata görə, 09:00-da muzeyin qapıları ziyarətçilərin üzünə açılıb. Bununla belə, bəzi ekspozisiya zalları hələlik bağlı qalacaq və orada təhlükəsizlik yoxlamaları davam edir.
Qeyd edək ki, Luvrda baş vermiş oğurluq hadisəsi Fransada və beynəlxalq mədəniyyət ictimaiyyətində geniş rezonans doğurub. Hazırda hadisə ilə bağlı istintaq aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31