İran polisi 7 yaşlı uşağı güllələdi

İranın Xuzistan əyalətinin Huveyzə şəhərində polis qüvvələrinin açdığı atəş nəticəsində 7 yaşlı Zülfüqar Şərifi adlı uşaq ölüb, onun azyaşlı bacısı isə ağır yaralanıb.

Olaylar.az xəbər verir ki, bununla bağlı "Karun" insan haqları təşkilatı məlumat yayıb.

Məlumata görə, hadisə yeni qurulmuş nəzarət-keçid postunda olan polislərin minik avtomobilinə xəbərdarlıq etmədən açdıqları atəş nəticəsində baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31