Almaniya ABŞ-dan əlavə 15 F-35 qırıcısı alacaq - ÖZƏL
10:37 DünyaAlmaniya Birləşmiş Ştatlardan əlavə 15 ədəd F-35 qırıcısı almağı planlaşdırır. Olaylar.az xəbər verir ki, Der Spiegel jurnalının məlumatına görə, sövdələşmənin dəyəri təxminən 2,5 milyard avro olacaq.
Hazırda Almaniya Hərbi Hava Qüvvələrinin arsenalında 35 ədəd F-35 tipli təyyarə mövcuddur. Lakin Berlin yeni təyyarələrin alınmasının NATO-nun üzv ölkələrə qoyduğu hava qüvvələri tələblərinə cavab vermək üçün zəruri olduğunu bildirir.
Bu ayın 8-də Bundestaqın Büdcə Komitəsi Müdafiə Nazirliyinin ümumi dəyəri 7 milyard avrodan çox olan bir sıra yeni satınalma layihələrini təsdiqləyib. Həmin layihələr arasında 3,75 milyard avro dəyərində Eurofighter qırıcılarının alınması da yer alır. Bu təyyarələrin 2031-2034-cü illər arasında Almaniyaya təhvil veriləcəyi gözlənilir. Der Spiegelin məlumatına görə, bu çərçivədə ümumilikdə 20 təyyarə alınacaq.