Putin və Trampın görüşünə hazırlıq məqsədilə fəal diplomatik iş görülür - Rusiya XİN
10:07 DünyaRusiya diplomatik korpusu Vladimir Putin və Donald Tramp arasında keçiriləcək görüşə hazırlıq çərçivəsində "çox ciddi və əhatəli" diplomatik fəaliyyət həyata keçirir.
Olaylar.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib.
Onun sözlərinə əsasən, iki lider arasında artıq ilkin təmas baş tutub və bu barədə Prezident Administrasiyası tərəfindən açıqlama verilib.
Zaxarova əlavə edib ki, bu təmasların davamı olaraq Rusiya və Macarıstan xarici işlər nazirləri səviyyəsində görüşün təşkili istiqamətində danışıqlar aparıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31