Aİ-nin Xarici İşlər Şurası Gürcüstandakı vəziyyəti müzakirə edəcək – ÖZƏL
10:02 DünyaBu gün Lüksemburqda Avropa İttifaqının Xarici İşlər Şurasının iclası keçiriləcək. Görüşdə Gürcüstandakı vəziyyət əsas müzakirə mövzularından biri olacaq.
Olaylar.az xəbər verir ki, Aİ-nin rəsmi saytında yayılan məlumata görə, "Ali nümayəndə Gürcüstanda yaranmış vəziyyət barədə danışacaq və nazirlərə son hadisələr, o cümlədən 2025-ci il oktyabrın 4-də keçirilmiş bələdiyyə seçkiləri və demokratik prinsiplərdən uzaqlaşma ilə bağlı məlumat təqdim edəcək".
Şura üzvləri, həmçinin Rusiyanın Ukraynaya qarşı təcavüzü, Aİ-nin İndo-Sakit okean regionu ölkələri ilə münasibətləri və Yaxın Şərqdəki son hadisələri də müzakirə edəcəklər.
Toplantı Tbilisi vaxtı ilə saat 11:15-də başlayacaq. İclasda Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas sədrlik edəcək.