ŞKTC-də prezident seçkilərində səsvermə başa çatıb
19:59 DünyaŞimali Kipr Türk Cümhuriyyətində prezident seçkilərində səsvermə başa çatıb.
Səsvermə yerli vaxtla saat 18:00-da yekunlaşıb.
Qeyd edək ki, ŞKTC-nin 9-cu prezidentinin seçiləcəyi seçkidə bu post uğrunda hazırkı dövlət başçısı Ersin Tatar müstəqil namizəd kimi mübarizə aparır.
Tufan Erhürman, Hüseyn Gürlek, Mehmet Hasgüler, Arif Salih Kırdağ, Ahmet Boran, İbrahim Yazıcı və Osman Zorba da prezidentliyə namizədlərdir. Hüseyn Gürlek səsvermədən bir gün əvvəl Ersin Tatarın xeyrinə namizədliyini geri götürüb.
Seçkidə ən yüksək səs topayacaq namizədlərin ŞKTC-nin müstəqilliyinin tərəfdarı olan Ersin Tatar və federasiya modelini dəstəkləyən Tufan Erhürman olacağı proqnozlaşdırılır. Namizədlərin hər hansı birinin ilk turda qalib gəlməsi üçün 50% + 1 səs toplaması lazımdır. Birinci turda heç bir namizəd 50% + 1 səs toplaya bilməzsə, seçkilərin ikinci turu bir həftə sonra - 26 oktyabrda keçiriləcək. (APA)