Kolumbiyada ABŞ səfirliyi hücuma məruz qalıb

Kolumbiyada etiraz aksiyasında iştirak edən fəallar ABŞ-nin Boqota şəhərindəki səfirliyinə oxlarla, pirotextnik materiallarla və partlayıcı vasitələrlə hücum edib.

Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, hücum zamanı 4 polis yaralanıb. İğtişaş törədən etirazçılar binaya və polis əməkdaşlarına daşla hücum ediblər.

Boqota meri Qustavo Kintero aksiyada törədilən zorakılığı pisləyərək, 2025-ci ildə Boqotada 1400-dən çox etiraz aksiyasının keçirildiyini, lakin onlardan yalnız 4 faizində kütləni dağıtmaq üçün güc tətbiq olunduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31