Kıbrıs Türk xalqı tarixi seçkiyə gedir – “İki dövlətli həll” ön planda
13:28 DünyaOlaylar.az xəbər verir ki, 19 oktyabr 2025-ci il bazar günü Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) növbəti prezident seçkilərinə gedir. Bu seçkilər yalnız dövlət başçısının deyil, eyni zamanda Kıbrıs Türk xalqının gələcək istiqamətinin müəyyənləşəcəyi tarixi səsvermə kimi qiymətləndirilir.
Alparslan Türkeş Müze Evi rəhbəri Naim Aydoğdu yayımladığı bəyanatda bildirib ki, seçkilər öncəsi KKTC Cumhuriyyət Məclisində keçirilən mühüm səsvermə zamanı Cümhuriyyətçi Türk Partiyası (CTP) rəhbərliyinin zalı tərk etməsi təəssüf doğurub:
"Dövlətin varlığını və davamlılığını təmin etmək üçün keçirilən oylamada CTP rəhbərlərinin iştirak etməməsi, həqiqətən, anlaşılmaz vəziyyətdir. Daxili siyasətdə fikir ayrılıqları ola bilər, lakin KKTC-nin beynəlxalq səviyyədə tanınması üçün bütün millət vəkilləri iki dövlətli həll mövqeyində birlik nümayiş etdirməli idi."
Aydoğdu vurğulayıb ki, iki dövlətli həll istiqamətində qərar verən millət vəkillərinin addımı tarixi əhəmiyyət daşıyır:
"Bu qərara imza atan KKTC millət vəkillərini təbrik edirəm. Cumhuriyyət Məclisinin oy çoxluğu ilə qəbul etdiyi bu tarixi qərarın yanındayıq."
O, həmçinin Kıbrıs Türk xalqına seçkilərdə milli birliyə və gələcək vizyona sadiq qalmaq çağırışı edib:
"Əminəm ki, Kıbrıs Türk xalqı prezident seçkilərində sağlam düşüncə ilə hərəkət edəcək, dövlətin gələcəyini şəxsi maraqların və partiya mübahisələrinin fövqündə tutacaq. Federasiya məsələsini gündəmdə saxlamaq yalnız zaman itkisidir. Kıbrıs Türkdür, Türk qalacaq."
Bəyanatda qeyd olunur ki, qarşıdakı prezident seçkiləri KKTC-nin beynəlxalq statusu və Türk dünyası ilə inteqrasiya istiqamətində yeni mərhələnin başlanğıcı ola bilər. (Musavat.com)