Avropa İttifaqı liderləri Tramp-Putin görüşündə iştirak etmək istəyirlər- ÖZƏL

Avropa İttifaqının liderləri ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Budapeştdə keçiriləcək görüşdə iştirak etməyə can atır. Olaylar.az xəbər verir ki,  Bloomberg agentliyinin məlumatına görə, bəzi Avropa mənbələri liderlərin birləşərək "Putinin Tramp üzərindəki təsirinə qarşı durmaları" lazım olduğunu bildiriblər. Eyni zamanda, mənbələrdən biri görüşə Finlandiya prezidenti Aleksander Stubbın dəvət edilməsinin uyğun olacağını qeyd edib.
Xatırladaq ki, 16 oktyabr tarixində Putin və Tramp ilin əvvəlindən bəri səkkizinci dəfə telefonla danışıb. Rusiya liderinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, danışıqlar 2,5 saat davam edib və görüşün tezliklə Budapeştdə keçiriləcəyi planlaşdırılır. Görüş üçün təklif amerikalı tərəfdən gəlsə də, Rusiya prezidenti bu ideyanı dəstəkləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31