Nobel mükafatı laureatı 103 yaşında vəfat edib - ÖZƏL
10:31 DünyaÇinin tanınmış fiziki, Nobel mükafatı laureatı və Çin Elmlər Akademiyasının akademiki Yan Çjenin (Yang Chen-Ning) 103 yaşında vəfat edib. Olaylar.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi Sinxua Universitetinə istinadən məlumat yayıb. Məlumata görə, alim şənbə günü Pekində xəstəlik səbəbindən dünyasını dəyişib. Yan Çjenin 1922-ci ildə Çinin Anhoy əyalətinin Xəfey şəhərində anadan olub. 1940-cı illərdə təhsilini davam etdirmək və elmi araşdırmalar aparmaq üçün ABŞ-a yollanıb və uzun illər orada müəllimlik fəaliyyəti ilə məşğul olub.
1957-ci ildə o, amerikalı fizik Robert Mills ilə birlikdə hazırladığı "Yan-Mills kalibrləmə nəzəriyyəsi"nə görə Nobel mükafatına layiq görülüb. Bu nəzəriyyə XX əsr fizikasının ən mühüm nailiyyətlərindən biri hesab olunur.
Son 20 ildən artıq müddətdə Çinə qayıdan Yan Çjenin Sinxua Universitetində dərs deyib, ölkənin elmi inkişafına və beynəlxalq akademik əməkdaşlıqların genişlənməsinə mühüm töhfə verib.