BVF Qərbi Rusiya aktivlərindən istifadənin nəticələrini nəzərə almağa çağırıb - ÖZƏL

Beynəlxalq Valyuta Fondu (BVF) Qərb ölkələrini Rusiyanın aktivlərindən Ukraynaya yardım məqsədilə istifadənin mümkün nəticələrinə qarşı xəbərdar edib.

Olaylar xəbər verir ki, bu barədə BVF-nin Avropa Departamentinin direktoru Alfred Kammer brifinqdə bildirib.

"Biz tövsiyə edirik ki, dondurulmuş Rusiya aktivlərindən istifadə məsələsi ilə bağlı ölkələr beynəlxalq pul-kredit sisteminə mümkün hər hansı təsirləri nəzərə alsınlar", - deyə Kammer bildirib.

Bundan əvvəl "Bloomberg" yazmışdı ki, Avropa İttifaqı Rusiyanın aktivlərini Kiyevə maliyyə dəstəyi üçün yeganə mənbə hesab edir.

Rusiya Federasiyasının Almaniyadakı səfiri Sergey Neçayev isə bildirib ki, Qərbin Rusiya aktivləri ilə hər hansı hərəkəti oğurluq kimi qiymətləndirilir.

İbrahim Məmmədli

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31