Bu ölkə İrana qarşı sanksiya elan etdi
17 Oktyabr 20:06 DünyaYeni Zelandiya İrana qarşı sanksiyaları yenidən tətbiq edib.
Olaylar xəbər verir ki, xarici işlər naziri Uinston Pitersin sözlərinə görə, bu addım İranın uranın zənginləşdirilməsi ilə bağlı öhdəliklərini pozmasına cavab olaraq atılıb.
Sanksiyalar oktyabrın 18-dən qüvvəyə minib və maliyyə məhdudiyyətləri ilə yanaşı, Yeni Zelandiya ərazisinə giriş qadağasını da əhatə edir.
Rəsmi Vellinqton İranı danışıqları bərpa etməyə və MAQATE ilə əməkdaşlığı davam etdirməyə çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31