Fiko: Ruslar yalnız ayaqqabılarının bağını bağlayanda diz çökürlər - ÖZƏL
17 Oktyabr 20:14 DünyaSlovakiya Baş naziri Robert Fiko bildirib ki, ruslar yalnız ayaqqabılarının bağını bağlayarkən diz çökürlər.
Olaylar xəbər verir ki, bu barədə Fiko "Facebook"-da yazaraq Britaniyanın sabiq Baş naziri Boris Consonun "Rusiya diz çökənə qədər Ukraynadakı müharibəni davam etdirmək" planına münasibət bildirib.
"Yaxşı bilirsiniz ki, rus yalnız ayaqqabısının bağını bağlamaq istəyəndə diz çökür. Consonun strategiyası fiasko ilə nəticələndi və yüz minlərlə insanın ölümünə səbəb olan hərbi faciə yaratdı, amma öz məqsədini - Qərb silah şirkətləri üçün biznesi təmin etdi", - deyə Fiko vurğulayıb.
Bundan əvvəl o, Slovakiyanın təhlükəsizlik zəmanətləri verilərsə, Ukraynaya hərbi qüvvə göndərməyəcəyini bəyan edib. Fiko həmçinin Slovakiyanın Rusiyayla münasibətlərdə konstruktiv mövqe nümayiş etdirdiyini qeyd edib.
İbrahim Məmmədli