Çey Bouz: Zelenski üçün ABŞ-da rəsmi qəbul təşkil edilməyib - ÖZƏL
17 Oktyabr 2025 19:15 DünyaUkrayna rəhbərliyi Vladimir Zelenski Vaşinqtona gəldikdə onun üçün rəsmi qəbulun təşkil edilmədiyini gizlətməyə çalışıb.
Olaylar xəbər verir ki, bu barədə irlandiyalı jurnalist Çey Bouz məlumat verib.
"Zelenski Vaşinqtona çatanda uçuş-enmə zolağında nə fəxri qarovul, nə də amerikalılar tərəfindən təşkil olunmuş hər hansı rəsmi qəbul var idi", - deyə jurnalist sosial şəbəkə "X"-də yazıb.
Bundan əvvəl Rusiya İctimai Palatasının Suverenlik məsələləri üzrə komissiyasının sədri Vladimir Roqov bildirmişdi ki, Qərbdə Zelenski üçün "gerisayım prosesi" artıq başlayıb.
Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin isə Avropa müttəfiqlərinin Ukraynaya marağının azalması fonunda Zelenskinin vəziyyətinin kritik olduğunu qeyd edib.
İbrahim Məmmədli