Miller: Qaz tutumlu müəssisələr Avropanı tərk edir - ÖZƏL

"Qazprom"un baş direktoru Aleksey Miller bəyan edib ki, qazdan çox istifadə edən müəssisələr Avropanı tərk edir və digər qitələrdə yeni istehsal sahələri yaradır.

"Qaz tutumlu müəssisələr bağlanır... Onlar obyektiv olaraq qazdan çox istifadə edən sahələrdir, Avropanı tərk edərək tamamilə başqa qitələrdə, digər ölkələrdə yeni istehsal müəssisələri qururlar", - deyə Millerin sözlərini Olaylar xəbər verir.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin qeyd etmişdi ki, Avropa İttifaqı siyasi təzyiq nəticəsində Rusiyanın enerji daşıyıcılarından imtina edib. Onun sözlərinə görə, bu qərardan sonra Avropada enerji qiymətləri artıb, sənaye istehsalında isə azalma müşahidə olunur.

İbrahim Məmmədli

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31