Qırğızıstan Təhlükəsizlik Komitəsinin rəhbərindən MDB ölkələrinə təklif
16:47 DünyaOktyabrın 16-17-də Səmərqənddə (Özbəkistan) MDB-yə üzv dövlətlərin Təhlükəsizlik və Kəşfiyyat Orqanları Rəhbərləri Şurasının iclasları keçirilib.
Olaylar.az xəbər verir ki, iclaslarda Qırğızıstanı Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev təmsil edib.
Görüşlərdə MDB məkanında mövcud təhlükəsizlik təhdidləri və onların zərərsizləşdirilməsi üzrə birgə tədbirlər müzakirə olunub. Kamçıbek Taşiyev çıxış edərək, kəşfiyyat xidmətlərinin fəaliyyətlərinin əlaqələndirilməsi və əməliyyat məlumatlarının mübadiləsinin vacibliyini vurğulayıb.
Komitə rəhbəri bu çərçivədə MDB ölkələrinin kəşfiyyat orqanlarının rəhbərləri ilə bir sıra ikitərəfli görüşlər keçirib.
Danışıqlarda sərhəd əməkdaşlığı, təcrübə mübadiləsi, sərhəd insidentlərinin qarşısının alınması üçün birgə tədbirlər müzakirə olunub.
Görüşlərin yekunu üzrə tərəflər MDB ölkələrinin təhlükəsizlik orqanları arasında əməkdaşlığın inkişafına, regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində birgə işin səmərəliliyinin artırılmasına yönəlmiş razılaşdırılmış qərarlar qəbul ediblər.