Finlandiyada sosial yardımla yaşayan miqrantlar vətəndaşlıq ala bilməyəcək - ÖZƏL
17 Oktyabr 2025 15:37 DünyaFinlandiya miqrantların vətəndaşlıq əldə etmə qaydalarını sərtləşdirib. Ölkənin parlamenti vətəndaşlıq qanununa dəyişiklikləri təsdiqləyib. Yeni qaydaya görə, miqrant yalnız əmək fəaliyyəti və ya sahibkarlıqdan gəlir əldə etdikdə Finlandiya vətəndaşlığı üçün müraciət edə biləcək, sosial yardım alanlar isə bu hüquqa malik olmayacaq. Olaylar.az xəbər verir ki, Yle xəbər verir ki, əgər müraciətçi son iki il ərzində üç aydan çox sosial yardım alıbsa, Finlandiya pasportu almaq imkanı olmayacaq. Lakin bu qayda 18 yaşına çatmamış şəxslərə və 65 yaşdan yuxarı pensiyaçılara şamil edilməyəcək.
Həmçinin hökumət artıq verilmiş vətəndaşlığın geri alınmasına əlavə əsasların tətbiqini planlaşdırır. Bu, vətəndaşlığın saxta yolla əldə olunması və ya dövlətə qarşı cinayət törədilməsi hallarında mümkün olacaq. Qanun layihəsi Finlandiyada vətəndaşlıq hüququna dair islahatların ikinci mərhələsini təşkil edir. İlk mərhələdə isə ölkədə daimi yaşamaq müddəti beş ildən səkkiz ilə yüksəldilmişdi.