Livanda Qəddafinin oğlu 11 milyon dollar girov müqabilində azadlığa buraxılır – ÖZƏL
17 Oktyabr 2025 15:30 DünyaOlaylar.az xəbər verir ki, Livan məhkəməsi mərhum Liviya lideri Müəmmar Qəddafinin (1942-2011) oğlu Hənnibal Qəddafinin $11 milyon məbləğində girov müqabilində həbsdən azad edilməsi barədə qərar qəbul edib.
Müdafiə tərəfinin vəkili jurnalistlərə açıqlamasında bildirib ki, bu qərarı istintaq hakimi oktyabrın 17-də Ədalət Sarayında keçirilən dindirmədən sonra verib.
50 yaşlı Qəddafinin oğlu 2015-ci ildən Livanda həbsdədir. O, siyasi mühacir kimi yaşadığı qonşu Suriyadan "Əməl" hərəkatının yaraqlıları tərəfindən qaçırılıb və daha sonra Livan hüquq-mühafizə orqanlarına təhvil verilib. 2017-ci ildə ona 1978-ci ildə Liviyada itkin düşmüş şiə imamı Musa Sədr haqqında məlumatı gizlətmək ittihamı irəli sürülmüşdü.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31