Putin və Trampın Budapeştdə görüşü: Avropa üçün “siyasi sillə” kimi dəyərləndirildi – ÖZƏL

Olaylar.az xəbər verir ki, İspaniyanın El Confidencial qəzeti yazır ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın növbəti görüş yerinin Budapeşt olaraq seçilməsi Avropa İttifaqı və NATO üçün "siyasi sillə" kimi qiymətləndirilir.

Nəşrin fikrincə, iki lider arasında dünən baş tutan telefon danışığının nəticələri nə Ukrayna, nə də Avropa İttifaqı üçün çox ümidverici görünmür. Qəzet qeyd edir ki, Avropa Ukrayna ətrafında baş verənləri sadəcə müşahidə etməklə kifayətlənə bilməz, çünki bu proseslər onun birbaşa maraqlarına toxunur.

Xatırladaq ki, 16 oktyabrda Tramp Putinlə telefon danışığından sonra yaxın gələcəkdə Macarıstan paytaxtı Budapeştdə görüşəcəklərini açıqlayıb. Sonradan ABŞ Prezidenti bu görüşün yaxın iki həftə ərzində baş tuta biləcəyini bildirib.

Görüş zamanı Ukrayna münaqişəsinin həlli, Vaşinqtonun Kiyevə "Tomahawk" raketləri vermə ehtimalı, Rusiya-ABŞ münasibətləri və Qəzza sektorundakı vəziyyət müzakirə edilib. Liderlər əlaqədə qalmaq barədə razılığa gəliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31