Kişinyov hava limanında HƏYƏCAN – Bütün uçuşlar DAYANDIRILDI

Moldovanın Kişinyov beynəlxalq hava limanında partlayıcı təhlükəsi səbəbindən iş dayandırılıb.

Olaylar.az xəbər verir ki, ölkənin Sərhəd Polisi şübhəli baqaj aşkarladığını və içərisində partlayıcı maddə ola biləcəyini bildirib. Hadisə yerinə mina axtaran qruplar və Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb olunub.

Bütün sərnişinlər və personal təxliyə edilib, uçuş qeydiyyatı dayandırılıb. Hazırda hava limanından uçuşların bərpası ilə bağlı qərar gözlənilir. Qeyd edək ki, Kişinyov hava limanından Ukrayna vətəndaşları da tez-tez xaricə səfərlər üçün istifadə edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31