Əş-Şəraa Rusiyaya gəldi- Hərbi bazalar mövzusu müzakirə ediləcək
14:52 DünyaSuriya lideri Əş-Şəraa bu gün Rusiyaya işgüzar səfər edib.
Olaylar.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Suriya lideri ilə Rusiya prezidenti arasında keçiriləcək görüşdə Rusiya hərbi bazalarının Suriya ərazisində mövcudluğu müzakirə ediləcək.
Peskov jurnalistlərə verdiyi açıqlamada, "bu məsələ danışıqlar zamanı mütləq gündəmə gələcək. Bəli, buna hazırlıqlı olmaq lazımdır", - deyə bildirib. Peskovun sözlərinə görə, bu məsələnin danışıqlarda geniş yer tutacağı ehtimal olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31