Rusiya Avropaya qaz tədarükünü artırmağa hazırdır – Aleksandr Novak – ÖZƏL

Avropa ölkələrinin iqtisadiyyatlarında müşahidə olunan mənfi meyillər Rusiyadan qaz idxalından imtinanın birbaşa nəticəsidir. 

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının baş nazirinin müavini Aleksandr Novak "Rusiya Enerji Həftəsi" çərçivəsində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda Avropa iqtisadiyyatı faktiki olaraq durğunluq yaşayır. "Rus qazından imtina edən ölkələr, məsələn, Almaniya bunun nəticələrini görür - qazemalı və qazkimya müəssisələri, istehsal sahələri bağlanıb", - deyə Novak qeyd edib.

O, həmçinin vurğulayıb ki, Rusiya bu gün də dialoqa açıqdır və Avropa İttifaqından belə bir müraciət olacağı təqdirdə qaz tədarükünü artırmağa hazırdır. "Bu, qarşılıqlı faydalı və tərəfdaşlıq prinsipləri əsasında həyata keçirilməlidir", - deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31