Finlandiya Ukrayna üçün ABŞ-dan silah alacaq

Finlandiya Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün ABŞ-dan silah alacaq.

Olaylar.az xəbər verir ki, bu barədə Finlandiyanın müdafiə naziri Antti Hakkyanen açıqlama verib.

NATO-nun baş katibi Mark Rütte isə Brüsseldə NATO müdafiə nazirlərinin görüşü öncəsi bildirib ki, bu gün keçiriləcək Ukrayna üzrə "Ramşteyn" formatlı əlaqə qrupunun iclasında yeni dövlətlərin ABŞ-dan silah alınması təşəbbüsünə - PURL proqramına qoşulması gözlənilir.

Rütte xatırladıb ki, PURL proqramına artıq Almaniya, Hollandiya, Kanada, İsveç, Danimarka və Norveç aktiv şəkildə qoşulub.

Musavat.com xəbər verir ki, Finlandiyanın bu qərarı, Avropa ölkələrinin Ukraynaya dəstəyinin davam etməsinin növbəti göstəricisi hesab olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31