Bolqarıstanda siyasi böhran inkişaf edir - ÖZƏL

Bolqarıstanda siyasi böhran dərinləşir. Məlumatına görə, parlamentin növbəti iclasında 240 deputatdan yalnız təxminən 60-ı qeydiyyatdan keçib. Olaylar.az xəbər verir ki, spiker Nataliya Kiselova kvorumun olmadığını elan edərək növbəti iclası 16 oktyabra təyin edib. İclas zalında istefa tələbləri səslənib. Uğursuz iclasın canlı yayımı qanunverici orqanın rəsmi saytında yayımlanıb. "Avropa İnkişafı üçün vətəndaşlar" partiyasının lideri Boyko Borisov isə partiya rəhbərliyi və deputatlarla görüşdə bildirib ki, mövcud koalisiyada fəaliyyətin davam etdirilməsinin mənası yoxdur və parlamentdə kvorumu dəstəkləməyəcək. Borisov baş nazir Rosen Jelyazkovdan hökumət və parlament çoxluğunu yenidən formalaşdırmağı, həmçinin parlament spikerinin dəyişdirilməsini təmin etməyi tələb edib.
Borisovun bəyanatından dərhal sonra Jelyazkov çərşənbə günü planlaşdırılan hökumət iclasını ləğv edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31