Rusiyada ŞOK TƏKLİF: Doğum şəhadətnamələri sovet üslubunda OLACAQ
12:46 DünyaRusiyanın Ədliyyə Nazirliyinə doğum şəhadətnamələrinin sovet formatına qaytarılması ilə bağlı təklif göndərilib.
Olaylar.az xəbər verir ki, bu barədə RT məlumat yayıb.
Məlumatda bildirilir ki, ideyanın müəllifi Şuşarı bələdiyyəsinin deputatı və Uşaq Malları İstehsalçıları Assosiasiyasının sədri Mixail Vetrovdur.
Vetrov ədliyyə naziri Konstantin Çuyçenkoya ünvanladığı müraciətdə bildirib ki, sənədin görünüşü tərbiyəvi rol oynayır və vətənpərvərlik hissinin formalaşmasına töhfə verir. O, sovet dövründəki kimi möhkəm yaşıl cildli dizaynın bərpa edilməsini təklif edib. Məqsəd sənədin davamlılığını vurğulamaq və onun simvolik dəyərini artırmaqdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31