“Eagle S” gəmisinin sahibi lövbərə görə Finlandiyadan 50 min avro təzminat tələb edir - ÖZƏL
15 Oktyabr 2025 11:54 Dünya"Eagle S" neft tankerinə sahib olan Caravella adlı gəmiçilik şirkəti Finlandiya hakimiyyətindən əvvəlcədən müsadirə edilmiş lövbərin Port-Said limanına qaytarılmasını və ya 50 min avro məbləğində təzminat ödənilməsini tələb edib. Olaylar.az xəbər verir ki, bu barədə Finlandiyanın Iltalehti qəzeti məlumat yayıb. Şirkətin bəyanatında bildirilir ki, "Caravella" nümayəndələrini lövbəri almaq üçün Finlandiyaya göndərmək məcburiyyətində deyil və sanksiyalara görə bunun üçün imkanları yoxdur. Alternativ olaraq, şirkət Helsinkidəki dəniz məhkəməsindən Finlandiya hakimiyyətini lövbərin dəyərini ödəməyə və onun saxlanılması ilə bağlı xərcləri qarşılamağa məcbur etməyi xahiş edib. Caravella, həmçinin məhkəmə xərclərinin də Finlandiya tərəfindən ödənilməsini tələb edir.
Qeyd edək ki, 3 oktyabrda Helsinkinin dairə məhkəməsi "Eagle S" gəmisinə dair işin Finlandiya qanunvericiliyinə tabe olmadığını qərara almışdı. Xatırladaq ki, 2024-cü ilin 5 dekabrında Finlandiya və Estoniya arasında yerləşən EstLink 2 enerji kabelində qəza baş vermiş, məsələ ilə bağlı Cook adalarının bayrağı altında üzən "Eagle S" tankeri saxlanılmışdı. Finlandiya prokuraturası gəminin kapitanı və iki köməkçisi üçün 2 il 6 ay həbs cəzası tələb etmişdi.
Daha sonra məlum olub ki, Estoniya şirkətləri üç kabelin zədələnməsi barədə də məlumat veriblər. 2 mart 2025-ci ildə Finlandiya hakimiyyəti "Eagle S" gəmisinə qoyulan həbs qərarını ləğv edib.