Əhməd əş-Şaraa Rusiyaya GEDİR - Putinlə bu məsələləri MÜZAKİRƏ EDƏCƏK
15 Oktyabr 2025 11:32 DünyaRusiya prezidenti Vladimir Putin 15 oktyabr tarixində suriyalı həmkarı Əhməd əş-Şaraa ilə görüşəcək.
Olaylar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Əhməd əş-Şaraa işgüzar səfərlə Rusiyaya gələcək. Görüş zamanı tərəflər Yaxın Şərqdəki cari vəziyyəti, həmçinin Rusiya-Suriya münasibətlərinin inkişaf perspektivlərini müzakirə edəcəklər.
Kremlin məlumatına görə, xüsusi diqqət ticarət-iqtisadi, humanitar və siyasi sahələrdə əməkdaşlıq məsələlərinə, həmçinin bölgədə vəziyyətin həllinə dair fəaliyyətlərin koordinasiyasına yönəldiləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31