Əfqanıstan-Pakistan sərhədində toqquşma: 15 dinc sakin həlak olub – ÖZƏL
10:59 DünyaOlaylar.az xəbər verir ki, Əfqanıstan rəsmiləri çərşənbə günü AFP agentliyinə bildiriblər ki, Əfqanıstan və Pakistan arasındakı sərhəddə baş verən yeni toqquşmalarda 15 dinc sakin həlak olub və onlarla insan yaralanıb.
Yerli informasiya idarəsinin nümayəndəsi Əli Məhəmməd Həkməlin verdiyi məlumata görə, toqquşmalar gecə saatlarında Əfqanıstanın cənubundakı Spin Boldak rayonunda başlayıb və 15 mülki şəxs həyatını itirib.
Bu rəqəmi Spin Boldak Rayon Xəstəxanasının əməkdaşı Əbdül Can Bərak da AFP agentliyinə təsdiqləyib. O, həmçinin 80-dən çox qadın və uşağın yaralandığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31