Avropa Komissiyası 2027-ci ilə qədər dron əleyhinə şəbəkə quracaq - ÖZƏL
10:58 DünyaAvropa Komissiyası 2027-ci ilin sonuna qədər Avropa İttifaqının bütün sərhədlərini əhatə edən dron əleyhinə şəbəkənin yaradılmasını planlaşdırır. Olaylar.az xəbər verir ki, bu barədə İspaniyanın El País qəzeti məlumat yayıb. Məlumata görə, məqsəd dron təhlükəsinə qarşı effektiv və tam işlək sistem formalaşdırmaqdır. Yeni sistem Aİ-nin bütün flanqlarını əhatə edəcək və yaxın vaxtlarda Avropa İttifaqına üzv ölkələrin liderlərinə təqdim ediləcək yol xəritəsində öz əksini tapacaq. Sənəddə qeyd olunur ki, bu layihə Aİ-nin sərhəd təhlükəsizliyi, miqrasiyanın hərbiləşdirilməsi, kritik infrastrukturun mühafizəsi və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ümumi təhlükəsizlik məsələlərini də nəzərə alacaq.
Xatırladaq ki, daha əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Leyen "Avropanın şərq flanqında dron divarı"nın yaradılması ilə bağlı təcili tədbirlərin görüləcəyini açıqlamışdı. "Dron divarı" layihəsi Almaniya, Polşa, Finlandiya və Baltik ölkələrinin birgə təşəbbüsüdür. Layihə Rusiya ilə sərhəd boyunca dronların izlənməsi və məhv edilməsi üçün çoxqatlı müdafiə sisteminin qurulmasını nəzərdə tutur və hazırda prototiplərin hazırlanması mərhələsindədir.