Türkiyədə kibercinayətkarlara qarşı əməliyyat - 60-dan çox saxlanılan var
10:37 DünyaTürkiyədə paralel olaraq 9 vilayətdə kibercinayətkar dəstələrə qarşı irimiqyaslı əməliyyat keçirilib.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin DİN rəhbəri öz rəsmi X səhifəsində məlumat paylaşıb.
Əməliyyat Respublika Baş Prokurorluğu ilə Jandarmanın Kibercinayətlərə Qarşı Mübarizə İdarəsinin əlaqələndirilməsi əsasında, yerli jandarma qüvvələri tərəfindən həyata keçirilib.
Əməliyyat çərçivəsində hesablarında 200 milyon lirəlik əməliyyat dövriyyəsi müəyyən edilən 61 şübhəli saxlanılıb, onlardan 27-si barəsində həbs qərarı çıxarılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31