Gürcüstan parlamenti siyasi fəaliyyətə qadağa qoyan qanun layihəsini müzakirə edəcək – ÖZƏL

Olaylar.az xəbər verir ki, oktyabrın 15-də Gürcüstan parlamenti birinci oxunuşda və sürətləndirilmiş qaydada konkret şəxslərə partiya fəaliyyəti, siyasi vəzifə tutmaq və passiv seçki hüququnun qadağan edilməsini nəzərdə tutan qanunvericilik paketini müzakirə edəcək.

"Gürcü Arzusu" partiyasının təşəbbüsü ilə Konstitusiya Məhkəməsi haqqında üzvi qanuna, "Vətəndaşların siyasi birləşmələri haqqında" qanuna, Seçki Məcəlləsinə və Cinayət Məcəlləsinə dəyişikliklər təklif olunur.

Layihə bu gün parlamentin hüquq məsələləri komitəsində müzakirəyə çıxarılacaq.

Yeni dəyişikliklərə əsasən, Konstitusiyanın prinsiplərini pozan siyasi partiyalarla əlaqəsi olan şəxslərə passiv seçki hüququ qadağan ediləcək - onlar parlament və bələdiyyə seçkilərində namizəd ola bilməyəcəklər. Həmçinin bu şəxslərin hər hansı partiyanın üzvü olması və ya yeni partiya yaratması yolverilməz sayılacaq.

Qanun layihəsinə görə, mövcud partiyalar belə şəxsləri sıralarına qəbul etməməli və seçki siyahılarına daxil etməməlidirlər. Əks halda partiyanın qeydiyyatının ləğvi məsələsi gündəmə gətiriləcək.

Bundan əlavə, qadağan olunmuş şəxsi sıralarına qəbul edən partiyalar cinayət məsuliyyətinə cəlb edilə bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31