Şok hadisə: 14 yaşlı məktəbli dərs zamanı uşaq dünyaya gətirdi

Qazaxıstanın Aktiubinsk vilayətinin Uil rayonunda dəhşətli hadisə baş verib. 14 yaşlı məktəbli qız birbaşa dərs zamanı doğuş edib.

Musavat.com xəbər verir ki, məlumata görə, uşağın atası onun ögey babasıdır.

Hadisə məktəbdə tədris prosesi zamanı baş verib və müəllimlər vəziyyəti anlayaraq təcili yardım çağırıblar. Qız doğuşdan dərhal sonra xəstəxanaya yerləşdirilib, onun və körpənin vəziyyətinin sabit olduğu bildirilir.

Məktəb rəhbərliyi və ailə üzvləri qızın hamilə olduğundan tam xəbərsiz olublar. Qız cəmi bir ay əvvəl tibbi müayinədən keçib, lakin həkimlər nə hamiləlik, nə də yaxın doğuş əlamətləri aşkar etməyiblər.

Hazırda Aktiubinsk vilayət səhiyyə idarəsi xüsusi komissiya yaradaraq hadisəni araşdırır. Araşdırmalar həm tibbi səhlənkarlıq, həm də ailə nəzarətinin olmaması ehtimalları üzərində aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31