Qutsul: “Pobeda” bloku Sandu hökumətinə qarşı mübarizəni davam etdirəcək - ÖZƏL 

Qaqauziya rəhbəri Yevgeniya Qutsul Moldovanın prezidenti Maya Sandunun hökumətinə qarşı mübarizəni davam etdirəcəklərini bildirib. Olaylar.az xəbər verir ki, o,  bu barədə vəkilləri vasitəsilə ötürülən müsahibəsində məlumat verib.
Qutsulun sözlərinə görə, "Pobeda" müxalifət bloku xalqın iradəsini ifadə edir və Sandu hökumətinin siyasəti ilə razılaşmayan bütün qüvvələri bir araya gətirib:
" Pobeda bloku vətəndaşlarımızın iradəsinin təzahürüdür, o, alçaldıcı və yoxsulluğa aparan siyasətlə razılaşmayan hər kəsi birləşdirdi. Qeyri-legitim seçkilərə baxmayaraq, Moldova uğrunda mübarizəni davam etdirəcəyik", - deyə Qutsul qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31