Saakaşvili: “İndi dayanmağa çağıranlar İvanişvilinin işinə xidmət edir” – ÖZƏL
09:11 DünyaGürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili bildirib ki, hazırda "dayanmağa" çağıranlar hakim "Gürcü Arzusu" partiyasının fəxri sədri Bidzina İvanişvilinin maraqlarına xidmət edirlər.
Olaylar.az xəbər verir ki, bu barədə Saakaşvili sosial şəbəkədəki paylaşımında yazıb:
"İndi dayanmağa çağıran hər kəs İvanişvilinin işinə xidmət edir və mən bunun qarşılığında müəyyən maraqların olduğunu düşünürəm. Gürcülərin genetik kodunu dəyişdirməyə cəhd göstərilir. Qələbə bu qədər yaxınkən dayanmaq yolverilməzdir. Mübarizə aparırıq və qalib gəlirik!"
Saakaşvili həmçinin qeyd edib ki, "Madaqaskar prezidenti uzunmüddətli etirazlardan sonra dünən ölkədən qaçmağa məcbur olub."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31