Rusiya-Ukrayna müharibəsində İranın pilotsuz təyyarələrindən istifadə edilir- ÖZƏL
20 Fevral 2023 12:21 DünyaOlaylar.az xəbər verir ki, Ərəbistanının xarici işlər naziri Feysəl bin Ferhan ölkəsinin uzun müddətdir xəbərdarlıq etdiyi İranın pilotsuz uçuş aparatlarının (PUA) Rusiya-Ukrayna müharibəsində istifadə edildiyini bildirib. Almaniyada keçirilən 59-cu Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Yaxın Şərq ölkələrinin rolu mövzusunda keçirilən sessiyada Bin Ferhan İranın İHA-ları, nüvə danışıqları, ABŞ ilə əlaqələri və Suriyadakı vəziyyətlə bağlı açıqlamalar verib. "Səudiyyə Ərəbistanı uzun müddətdir ki, İranın pilotsuz təyyarələri ilə bağlı xəbərdarlıq edir. İndi biz bu pilotsuz təyyarələri Ukrayna müharibəsində görürük. Bu barədə İranla əlaqə saxlamaq lazımdır". Bin Ferhan deyib ki, onlar İrana silahların yayılmasının bölgəyə fayda verməyəcəyini və dayandırılması lazım olduğunu çatdırıblar. İranla nüvə müzakirələri mövzusuna toxunan Bin Ferhan, "Danışıqlara qayıtmağa ehtiyac var, lakin bu, Körfəz ölkələrinin iştirakı ilə və hərtərəfli perspektivdən olmalıdır" deyib.
Bin Ferhan vurğulayıb ki, qonşu ölkələrlə düşmənçilik edən bir dövlətin nüvə silahına sahib olması hamını "özünümüdafiə"yə sövq edəcək.