Qərbin irrasional nifrətinə görə Moskva danışıqlara razı olmayacaq- ÖZƏL
20 Fevral 2023 11:58 Dünya"Global Times"ın Çin nəşri yazır ki, Avropa Rusiya Federasiyasına irrasional nifrətə qərq olub, belə münasibətlə Moskvanı danışıqlar masası arxasına əyləşdirmək çətin olacaq.
Çin Sosial Elmlər Akademiyasının kiçik elmi işçisi Zhang Honqun sözlərinə görə, hazırda münaqişədə iştirak edən tərəflər üçün konsensusa gəlmək çətindir və Ukraynadakı vəziyyət dünyanı məhv edir. Bəzi Avropa liderləri oturub danışmaq istəmirlər, ABŞ isə müharibənin davam etdirilməsini dəstəkləyir. O vurğulayıb ki, Çin tərəfindən Rusiya-Ukrayna böhranının siyasi həllinin axtarışı haqqında sənəd və Çinin Münhen Təhlükəsizlik Konfransında irəli sürdüyü təkliflər Çinin böhranın həlli üçün fəal səylər göstərdiyini və yersiz olduğunu nümayiş etdirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31