Instagram və Facebook-dan yenilik- ÖZƏL

Olaylar.az xəbər verir ki, ana şirkət Meta elan etdi ki, Instagram və Facebook istifadəçiləri mavi işarənin yoxlanılması üçün ödəniş edə bilərlər. Meta Verified (Verified account) internet brauzerləri üçün ayda 11,99 dollara, iPhone istifadəçiləri üçün isə 14,99 dollara başa gələcək. Proqram bu həftə Avstraliya və Yeni Zelandiyada əlçatan olacaq. Meta şirkətinin baş direktoru Mark Zukerberq bildirib ki, proqram sosial media proqramlarında təhlükəsizliyi və orijinallığı artıracaq. Qərar Twitter sahibi İlon Maskın 2022-ci ilin noyabrında premium Twitter Blue abunəliyini təqdim etməsindən sonra verilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31