Pakistanlı həkimlər Türkiyə üçün 365 min dollar toplayıblar- ÖZƏL
20 Fevral 2023 11:53 DünyaOlaylar.az xəbər verir ki, ABŞ-da yaşayan pakistanlı həkimlər "əsrin fəlakəti" olaraq xarakterizə edilən Kahramanmaraş zəlzələləri səbəbindən Türkiyəyə 365 min dollardan çox yardım edib. Türkiyənin Vaşinqtondakı səfirliyinin Twitter hesabından edilən açıqlamaya görə, Şimali Amerika Pakistan Həkimlər Dərnəyinin təşkil etdiyi onlayn tədbirdə Türkiyənin Vaşinqtondakı səfiri Həsən Murat Mercan və Pakistanın Vaşinqtondakı səfiri Məsud Han iştirak edib. Açıqlamada, "Pakistanlı qardaşlarımız sayəsində Türkiyəyə zəlzələ yardımı üçün 365 min dollardan çox vəsait toplandı. Dəstəyinizə görə minnətdarıq" mesajı verilib. Vaşinqton Təhsil Müşaviri Zeliha Koçak Tufan, sözügedən mesajı sitat gətirərək paylaşımında, görüşdə iştirak edən hər bir həkimin tarix boyu qardaşlıq və həmrəylik mesajı verdiyi bildirib.