Çin Ukrayna müharibəsi üçün Rusiyanı silahla təmin edəcək?- ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken Çinin Rusiyanı Ukrayna müharibəsi üçün silah və sursatla təmin edə biləcəyini deyib. CBS News-a danışan Blinken bildirib ki, Çin şirkətləri artıq Rusiyaya qeyri-öldürücü dəstək verirlər və yeni məlumatlar Pekinin "ölümcül dəstək" verə biləcəyini göstərir. Blinken xəbərdarlıq edib ki, Çin Ukrayna müharibəsi üçün Rusiyaya silah və sursat verərsə, bunun Çin üçün ciddi nəticələri olacaq. Çində özəl şirkətlərlə dövlət şirkətləri arasında real fərq olmadığını qeyd edən Blinken, "Çinin Rusiyaya silah tədarükü bizim və əlaqələrimiz üçün ciddi problemlər yaradacaq" deyib. Blinken həmçinin qeyd edib ki, ABŞ Çinin Rusiyaya Qərbin sanksiyalarından qurtulmasına kömək etməsindən narahatdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31