"Bu cür qiymətləndirmək erməni tərəfinin haqqıdır" - Peskov
23 Noyabr 2022 22:36 Dünya"Ermənistanın Baş naziri (Nikol Paşinyan - red.) dar tərkibdə çıxış edərək KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı - red.) Ermənistanla Azərbaycan arasındakı vəziyyətlə bağlı işini daha çox fiasko kimi şərh etməyə hazır olduğunu bildirib".
Olaylar.az "report"a istinadən bildirir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.
"Bu, erməni tərəfinin nöqteyi-nəzəridir, vəziyyəti bu cür qiymətləndirmək erməni tərəfinin haqqıdır", - Rusiya Prezidentinin sözçüsü vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31