36 ukraynalı vətəninə QAYTARILDI

Noyabrın 23-də Ukrayna və Rusiya arasında daha bir əsir mübadiləsi baş verib, 36 ukraynalı vətəninə qayıdıb.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak məlumat verib.

"Biz 35 hərbçini və bir mülki vətəndaşımızı azad edə bildik. Azad edilənlər arasında "Azovstal"da olan Mariupolu müdafiə edən döyüşçülər də var", - Andrey Yermak qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31