Polis insanlara atəş açdı: Ölənlər var - FOTO

Hindistanın şərqindəki Assam ştatında polis və meşə mühafizəçiləri insanları atəşə tutublar, nəticədə altı nəfər ölüb.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Assam və Meqhalaya ştatlarının sərhədində baş verib.

Belə ki, polis qaçaqmal taxta-şalban yüklənmiş yük maşınını saxlayıb. Baş verənləri izləmək üçün toplaşan yerli sakinlər polisi mühasirəyə alıblar. Baş verən çaxnaşma səbəbindən hüquq-mühafizə orqanlarının əməkdaşları camaata atəş açıblar.

Səlahiyyətlilər hadisəni araşdıracaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31