İranda etirazlar zamanı saxlanılan şəxslər cinsi zorakılığa məruz qalıblar- ÖZƏL
23 Noyabr 2022 15:47 DünyaOlaylar.az xəbər verir ki, İranda etiraz aksiyaları zamanı məhbuslar cinsi təcavüzə məruz qalıb. CNN İran həbsxanalarında etirazlar başlayandan sonra 11 cinsi zorakılıq hadisəsindən xəbər tutub.
İranda etirazlar zamanı saxlanılan kişi və qadınlar yerli həbsxanalarda cinsi zorakılığa və işgəncələrə məruz qalıblar . Bu barədə zərərçəkənlər və hadisələrin şahidləri məlumat veriblər. Qeyd olunur ki, məhbuslara qarşı cinsi zorakılıq halları ilə bağlı ən çox məlumat əhalinin əksəriyyətinin- kürdlərin olduğu İranın qərbindən daxil olub. "Zövqlərinə uyğun gözəl qadınları seçdilər. Daha sonra məmurlar onları kameradan çıxararaq daha kiçik otağa aparıblar. Orada qızlar cinsi zorakılığa məruz qalıblar",deyə məhbuslardan biri CNN-ə danışıb. Bəzi hallarda, həbsxana rəsmiləri etirazçıların ailələrini şantaj etmək üçün cinsi zorakılıq aktlarını lentə alıblar. Məlumata görə yerli hüquq-mühafizə orqanları tibb işçilərini cinsi zorakılığa dəlalət edən xəsarətlərlə xəstəxanaya daxil olan şəxslərin xəstəlik tarixçələrində dəyişiklik etməyə məcbur etməklə zorlama faktlarını ört-basdır etməyə çalışırlar.